METBUAT24.az



05 Yan
2022
13:53
847



Qazaxıstanda son vəziyyət necədir?

Qazaxıstan Dəmir Yolları şirkəti ölkənin üç rayonunda fövqəladə vəziyyət elan olunmasına görə bir sıra qatar reyslərini təxirə salıb.

"Report" ölkə KİV-inə istinadən xəbər verir ki, Almatı ilə yanaşı, Makat və Lem vilayətlərində də dəmir yolu nəqliyyatının hərəkəti dayandırılıb.

Bildirilib ki, hazırda qatarlar müvəqqəti olaraq qovşaq stansiyalarında yerləşdirilib. Sərnişinlər yemək və su ilə təmin olunublar.

Məlumata görə, 46 yük qatarının da hərəkəti dayandırılıb.

Həmçinin Almatı hava limanının fəaliyyətinin dayandırılması barədə məlumat yayılıb. Amma aeroport rəhbərliyi bunu təkzib edib. Bildirlib ki, hava limanı əvvəlki qrafiklə işini davam etdirir.

Bundan başqa, Almatının İcra Hakimiyyətinin, şəhər prokurorluğunun binaları, habelə hakim "Nur Otan" Partiyasının Auezov rayon şöbəsinin qərargahı yandırılıb.

Təsdiqlənməmiş məlumata görə, aksiyanı dağıtmağa çalışan hərbçi isə güllə yarası alıb.

Bildirilib ki, Almatı şəhərindəki iğtişaşlar nəticəsində 33 xüsusi təyinatlı avtomobil dağıdılıb və yandırılıb. Məlumata görə, onlardan 16-sı polis, 7-si təcili tibbi yardım, 2-si yanğınsöndürən, 7-si yük maşını və 1-i yanacaqdaşıyan avtomobildir. Vurğulanıb ki, iğtişaş zamanı 300-ə yaxın müəssisə, o cümlədən 120 dükan, 100-dən artıq ofis və 80 ictimai iaşə obyekti dağıdılıb.

Etiraz aksiyalkarı davam edir.

Qeyd edək ki, Qazaxıstanda etiraz aksiyaları yanvarın 2-də Janaozen və Aktau şəhərlərində başlayıb. Şəhər sakinləri maye qazının ikiqat bahalaşmasına etiraz olaraq küçələrə çıxıblar.

Prezident Kasım-Jomart Tokayev vəziyyəti öyrənmək üçün komissiya yaradılmasına göstəriş verib və o, yanvarın 4-də etirazçıların əsas tələbini yerinə yetirməyə, qazın qiymətini aşağı salmağa hazır olduğunu bildirib.

Bununla belə dinc etirazlar digər şəhərlərə də yayılıb. Almatıda yanvarın 4-ü axşam saatlarında etirazçılarla qaz və səs qumbaralarından istifadə edən polis arasında toqquşma olub. Dövlət başçısı insanları ehtiyatlı olmağa, daxildən və xaricdən gələn təxribatlara uymamağa çağırıb. Prezident hakimiyyətin süquta uğramayacağını vurğulayıb.

Daha sonra dövlət başçısı Almatı və Mangistau vilayətlərində fövqəladə vəziyyət elan edib. Yanvarın 19-dək davam edəcək fövqəladə vəziyyət özündə saat 23:00-dan 07:00-dək komendant saatı, hərəkət azadlığının məhdudlaşdırılması və s. ehtiva edir.

Yanvarın 5-də Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib. Bundan əlavə, Manqistau vilayətinin Janaozen rayonundakı Qaz Emalı Zavodunun direktoru Narkbergen Tulepov saxlanılıb. O, qazın qiymətini əsassız olaraq bahalaşdırmaqda ittiham olunur.

Qazaxıstan Daxili İşlər Nazirliyi Mangistau vilayətindəki etiraz aksiyalarını yatırmaq üçün hərbi qüvvə yeridilmədiyini açıqlayıb.

Metbuat24.az

Bizimlə əlaqə saxlayın


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Ən Çox Oxunanlar







Gəncədə narkotiki çəkib avtomobil idarə edən şəxs saxlanılıb







Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var







Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb







Bakı-Qazax yolunda zəncirvari qəza olub: Ölən və yaralananlar var - YENİLƏNİB


Digər Dünya xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün Metbuat24.az saytını izləyin. Metbuat24.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.



© Metbuat24.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@Metbuat24.az