METBUAT24.az



04 Yan
2022
11:29
493



Lənkəranda sərxoş sürücü qəza törədib, 80 ailə qazsız qalıb - FOTO

Lənkəranda sərxoş sürücü qəza törədib, 80 ailə qazsız qalıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Xeberoxu.Az-a verilən məlumata görə, rayon sakini Yalçın Həsənov idarə etdiyi “VAZ 2121” markalı avtomobillə axşam saatlarında rayonun Sütəmurdov kəndi ərazisində idarəetməni itirərək yoldan çıxıb və kənardan keçən qaz xəttini qırıb.

Nəticədə təxminən 80 yaşayış evinə təbii qazın verilməsində bir neçə saatlıq fasilə yaranıb. Qəzadan sonra hadisə yerindən yayınan həmin sürücü qısa zaman ərzində Lənkəran Şəhər Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən müəyyən edilib və idarə etdiyi avtomobillə birlikdə polis şöbəsinə gətirilib.

Müvafiq tibbi müayinədən keçdikdən sonra Y.Həsənovun sərxoş olduğu və nəqliyyat vasitəsini spirtli içki qəbul etdikdən sonra idarə etdiyi müəyyən edilib. Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Y.Həsənovun bir neçə ay əvvəl də sərxoş vəziyyətdə nəqliyyat vasitəsi idarə etdiyi dövlət yol polisi əməkdaşları tərəfindən aşkarlanıb və həmin vaxt onun barəsində qanunamüvafiq tədbirlər görülüb.

Metbuat24.az

Bizimlə əlaqə saxlayın


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Ən Çox Oxunanlar







Gəncədə narkotiki çəkib avtomobil idarə edən şəxs saxlanılıb







Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var







Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb







Bakı-Qazax yolunda zəncirvari qəza olub: Ölən və yaralananlar var - YENİLƏNİB


Digər HADiSƏ xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün Metbuat24.az saytını izləyin. Metbuat24.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.



© Metbuat24.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@Metbuat24.az