METBUAT24.az



04 Yan
2022
14:28
696



"Hansı məhkəmənin qapısını döysəm, qalib olacam" - Nisə Qasımova
"Dünyanın bütün titullarını mənim ünvanıma dediniz, axı öz çəkimi bilirəm. Axı onlara layiq deyiləm. Mənə dünyanın kraliçası de, nə olsun? Əməkdar və Xalq artisti oldum, bundan gözəl nə ola bilər?".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Nisə Qasımova "Günün sədası" verilişində deyib. Müğənni "Xoşbəxt qadınsınız" sualına belə cavab verib:

"Əlbəttə, xoşbəxtəm. Bəzi qadınlara sual verəndə xoşbəxtsən, problemlərini ortaya atırlar. Qazandığım nüfuz mənə xoşbəxtçilik gətirir. Səhər yuxudan oyananda həyətdə gəzirəm, toyuğa dən verirəm. Açırsan toyuq, hündüşka qarşına qaçır. Xoşbəxtçiliyin ölçülən meyarları var: pul, maşın, var-dövlət. Pul gözəldir, sənə səhnənin əla müğənnisi adını gətirə bilər".

Qasımova plastik əməliyyat etdirməsi ilə bağlı sualları da cavabsız qoymayıb:

"Bəzən elə başlıq yazırlar ki... Başıma gəlsin. Bahalı telefonla şəkil çəkəndə səliqəli oluruq. Hərənin üzündə bir qırış var. Nədən olmasın? Sifarişlə yazılıb. Kimdənsə zəhlən gedir, xoşun gəlir, əcəb edirsən. Əvvəl müğənniləri qınayırdım ki, kimisə məhkəməyə verdi. Əcəb edirlər. Dilinin, sözünün, əməlininü stündə dayana bilməyəni məhkməyə verərlər. Haqlıyamsa, hansı məhkəmənin qapısını döysəm, udacam. Baxın görün əməliyyat etmişəm, ya yox. Nəyi gizlədəcəm, sivil dünyada yaşayırıq".

Metbuat24.az

Bizimlə əlaqə saxlayın


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Ən Çox Oxunanlar







Gəncədə narkotiki çəkib avtomobil idarə edən şəxs saxlanılıb







Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var







Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb







Bakı-Qazax yolunda zəncirvari qəza olub: Ölən və yaralananlar var - YENİLƏNİB


Digər Şou-biznes xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün Metbuat24.az saytını izləyin. Metbuat24.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.



© Metbuat24.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@Metbuat24.az