METBUAT24.az



30 Noy
2021
02:34
2130



"Google" axtarış sistemi dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadəyə həsr olunub

Məşhur "Google" axtarış sisteminin əsas səhifəsi dünya şöhrətli azərbaycanlı alim, süni intellekt sahəsində müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxs Lütfi Zadəyə həsr edilib.

Xeberoxu.Az xəbər verir ki, axtarış sisteminin əsas səhifəsində dünya şöhrətli alimin rəsmi yerləşdirilib.

Qeyd edək ki, bu gün İnternet mühitində minlərlə axtarış sistemi fəaliyyət göstərsə də, axtarış sistemlərinin sayının çox olmasına baxmayaraq İnternet istifadəçilərinin çox hissəsi “Google” serverinə üstünlük verirlər. İnternet istifadəçilərindən hər 10 nəfərdən 6-sı axtarış sistemləri arasında lider sayılan “Google” severinə müraciət etməyi üstün sayır.

Google axtarış sistemi Amerikanın “Google Inc” şirkətinə məxsusdur. Axtarış sistemi 8 milyardddan çox veb-səhifəni indeksasiya edir. Eyni zamanda 2009-cu ildən başlayaraq 191 dildə yazılmış informasiyanı tapa bilir. “Google” eyni zamanda PDF, RTF, PostScript, Microsoft Word, Microsoft Excel, Microsoft PowerPoint və s. formatlarda olan sənədlərin axtarılmasını dəstəkləyir.

“Google” Stenford tələbələri Larri Peyc və Sergey Brin tərəfindən yaradılıb. 1996-cı ildə “BackRub” axtarış sistemi üzərində işləyən tələbələr, bu sistemdə istifadə etdikləri alqoritm əsasında 1998-ci ildə “Google” sistemini yaradıblar, baxmayaraq ki “Google.com” domen adı 15 sentyabr 1997-ci ildə qeydiyyatdan keçib.

Qeyd edək ki, “Google” adı 10100 rəqəminin adından götürülüb.

Metbuat24.az

Bizimlə əlaqə saxlayın


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Ən Çox Oxunanlar







Gəncədə narkotiki çəkib avtomobil idarə edən şəxs saxlanılıb







Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var







Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb







Bakı-Qazax yolunda zəncirvari qəza olub: Ölən və yaralananlar var - YENİLƏNİB


Digər Maraqlı xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün Metbuat24.az saytını izləyin. Metbuat24.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.



© Metbuat24.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@Metbuat24.az