METBUAT24.az



06 Yan
2022
08:00
1347



Fransalı futbolçu "Neftçi"dən ayrılmasının səbəbini açıqlayıb

Fransalı futbolçu Romen Bask "Neftçi"dən ayrılmasının səbəbini açıqlayıb.

Xeberoxu.Az-ın məlumatına görə, "ağ-qaralar"ı ölkəsinin "Şatoru" klubuna dəyişən 27 yaşlı yarımmüdafiəçi yerli mətbuata açıqlamasında Bakı təmsilçisini ailə vəziyyəti ilə əlaqədar tərk etdiyini bildirib.

Təcrübəli oyunçu Azərbaycanda özünü yalnız hiss etdiyini və kiçik qızı üçün çox darıxdığını söyləyib: "Həqiqətən legioner həyatı yaşamaq istəyirdim. "Neftçi"də çox gözəl anlar yaşadım, əla atmosferdə böyük matçlar keçirdim. Komandadan hər şey pis getdiyi üçün ayrılmadım. Yeganə səbəb, ölkə xaricində tək olmağım idi".

Qeyd edək ki, Romen Bask "Neftçi"yə cari mövsümün əvvəlində ölkəsinin "Havr" klubundan keçmişdi. Paytaxt təmsilçisinin heyətində 12 oyun keçirən fransalı oyunçu "Şatoru" ilə 3 illik müqavilə imzalayıb.

Metbuat24.az

Bizimlə əlaqə saxlayın


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Ən Çox Oxunanlar







Gəncədə narkotiki çəkib avtomobil idarə edən şəxs saxlanılıb







Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var







Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb







Bakı-Qazax yolunda zəncirvari qəza olub: Ölən və yaralananlar var - YENİLƏNİB


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün Metbuat24.az saytını izləyin. Metbuat24.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.



© Metbuat24.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@Metbuat24.az