METBUAT24.az



30 Dek
2021
11:05
891



DYP sürücülərə müraciət etdi
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bayramla əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.BDYPİ-dən daxil olan müraciətdə deyilir:

“Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə hərəkət iştirakçılarını təbrik edir, bayram günlərinin xoş əhval-ruhiyyə ilə keçirilməsi üçün onları küçə və yollarda təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.

Əvvəlki illərin təcrübəsindən məlumdur ki, bayramla əlaqədar qeyri-iş günlərində şəhər sakinləri respublikanın müxtəlif bölgələrində yerləşən istirahət zonalarına, rayonlardan isə əhali paytaxta səfər edir. Bu səbəbdən nəqliyyatın hərəkət intensivliyinin yüksəlməsi müşahidə olunur və bəzi sürücülərin tələskənliyi, mövcud hərəkət şəraitini nəzərə almadan müəyyən edilmiş sürət həddini aşmaları, ara məsafəsi, ötmə və manevr etmə qaydalarını pozmaları yollarda qəzaların baş vermə ehtimalını artırır.

Göstərilənləri nəzərə alaraq, Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə yol hərəkəti qaydalarını pozmamağı, uzaq məsafələrə günün işıqlı vaxtında yola düşməyi, fasiləsiz uzun müddət avtomobil sürməməyi, səfərə çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığını yoxlamağı, təhlükəsizlik kəmərini özləri ilə yanaşı sərnişinlərin də bağlamasını təmin etməyi, yolboyu nəqliyyat vasitələrinin sürətini və istiqamətini, eləcə də hava şəraitini düzgün qiymətləndirməyi, yuxusuz və sərxoş vəziyyətdə sükan arxasına əyləşməməyi, piyadalara isə səkilərlə hərəkət etməyi, avtomobil yollarına çıxmamağı, yalnız onlar üçün müəyyən edilmiş yerlərdən keçməyi tövsiyə edir”.

Metbuat24.az

Bizimlə əlaqə saxlayın


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Ən Çox Oxunanlar







Gəncədə narkotiki çəkib avtomobil idarə edən şəxs saxlanılıb







Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var







Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb







Bakı-Qazax yolunda zəncirvari qəza olub: Ölən və yaralananlar var - YENİLƏNİB


Digər Avto-Moto xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün Metbuat24.az saytını izləyin. Metbuat24.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.



© Metbuat24.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@Metbuat24.az