METBUAT24.az



03 Yan
2022
21:45
1180



Azərbaycanda deputat karantin qaydalarını pozdu - FOTO

Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev ölkədə tətbiq olunan xüsusi karantin rejimi qaydalarını pozub. 

oxu.az-ın məlumatına görə, deputat Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydaları kobud şəkildə pozaraq, İmişli rayonunda təşkil olunan yas mərasimlərində iştirak edib. 

Belə ki, deputat bir neçə yas mərasiminə qatıldığını özünün sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, Azərbaycanda dəfn mərasimləri istisna olmaqla, açıq və qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağandır.

Xatırladaq ki, Milli Məclisin sonuncu plenar iclaslarından birində (14 dekabr) R.Nurullayev çıxışı zamanı yas mərasimlərinin keçirilməsinə icazə verilməsini istəyib:

“Mənə müraciət edən onlarla din xadimləri adından Operativ Qərargahdan bu məsələyə də operativ baxılmasını istəyirəm”.

Yəni, bu çıxış onu göstərir ki, deputat yas mərasimləri ilə bağlı qadağadan, yumşaq desək, xəbərdardır.

 

Metbuat24.az

Bizimlə əlaqə saxlayın


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Ən Çox Oxunanlar







Gəncədə narkotiki çəkib avtomobil idarə edən şəxs saxlanılıb







Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var







Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb







Bakı-Qazax yolunda zəncirvari qəza olub: Ölən və yaralananlar var - YENİLƏNİB


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün Metbuat24.az saytını izləyin. Metbuat24.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.



© Metbuat24.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@Metbuat24.az